Yüngül külək əssə belə üzünüzdə ağrı yaradır?

Yüngül külək əssə belə üzünüzdə ağrı yaradır? backend

Başı çevirərkən qulaq və boyun nahiyəsində yaranan ağrıların səbəbi nevralgiya ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "gazeta.ru"ya həkim-otorinolarinqoloq Anna Juykova məlumat verib. O qeyd edib ki, bu cür xəstəlik kəskin ağrıların qısamüddətli tutmaları ilə xarakterizə olunur.

"Əgər hətta yüngül külək belə üzün və başın bir tərəfində kəskin, sancı xarakterli və ya elektrik vurmasına bənzər qısamüddətli ağrı tutmasına səbəb olursa, üçlü sinir nevralgiyasını istisna etmək lazımdır. Bu vəziyyətdə tutmalara dəriyə istənilən toxunuş, yuyunmaq, çeynəmək, kondisioner altında olmaq və zəif külək belə təkan verə bilər", - deyə Juykova bildirib.

Həkim vurğulayıb ki, qulağa və gicgaha vuran ağrı gicgah-çənə oynağı, çeynəmə əzələlərinin gərginliyi və ya yuxuda dişləri qıcamaqla əlaqədar ola bilər. Onun sözlərinə görə, əgər tutmalar müntəzəm xarakter daşıyırsa və ya çox güclüdürsə, mütləq həkimə müraciət etmək lazımdır.

QAZİLER.AZ