Qan verdikdən sonra halsızlığın qarşısını necə almaq olar? — Həkimdən vacib tövsiyələr

Qan verdikdən sonra halsızlığın qarşısını necə almaq olar? — Həkimdən vacib tövsiyələr backend

Venadan acqarına qan verdikdən sonra enerji ehtiyatını tez bir zamanda bərpa etmək vacibdir.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 16-da rusiyalı həkim Aleksandr Umnov "Lenta.Ru" nəşrinə müsahibəsində bildirib.

Mütəxəssisin tövsiyələri aşağıdakılardır:

Prosedurdan dərhal sonra: Zəiflik və başgicəllənmə yarandıqda meyvə şirəsi, şirin çay içmək və ya şokolad, banan, yaxud peçenye yemək faydalıdır.

İlk 1-2 saat ərzində: Karbohidrat və zülalları birləşdirən yüngül qidalar — sıyıq, yoqurt, omlet, pendirli sendviç və ya şorba qəbul etmək lazımdır.

Həmçinin qan həcmini bərpa etmək üçün gün ərzində bol su içmək tövsiyə olunur.

Məhdudiyyətlər: Ən azı bir sutka spirtli içkilərdən imtina etmək, növbəti müayinələrdən əvvəl ağır yağlı qidalardan uzaq durmaq, eləcə də acqarına və prosedurdan dərhal sonra siqaret çəkməmək məsləhətdir.

Donor qanı verdikdən sonra: Tam dəyərli qidalanmaq, sutkada 1,5–2 litr maye qəbul etmək, növbəti günə qədər fiziki yüklənmələrdən və ağır əşyalar qaldırmaqdan çəkinmək vacibdir.

QAZİLER.AZ