Həm tumu, həm də şirəsi unikal vitamin deposudur

Həm tumu, həm də şirəsi unikal vitamin deposudur backend

Nar tərkibindəki tanin sayəsində iltihabəleyhinə təsirə malikdir, həmçinin ishal zamanı vəziyyətin yaxşılaşmasına doğru kömək edir.

Qaziler.az xəbər verir ki, bu barədə "Radio 1"ə diyetoloq-kardioloq Marqarita Korolyova bildirib. Onun sözlərinə görə, bu meyvə unikal tərkibə malikdir, xüsusilə dəmir, kalium və ürək sağlamlığını dəstəkləyən komponentlərlə zəngindir.

"Nar payız fəslində maksimum miqdarda vitamin, mineral maddələr, antioksidantlar və iltihabəleyhinə maddələrin topladığı ən faydalı meyvədir. Nar B qrupu vitaminləri ilə zəngindir. Onlar həm dənələrdə, həm də tumlarda var", - deyə Korolyova qeyd edib.

O vurğulayıb ki, nar xüsusilə ürək fəaliyyətində pozuntuları olan insanlar üçün faydalıdır. Onun sözlərinə görə, meyvə həmçinin həzm və damar sisteminin işini dəstəkləmək üçün vacibdir.

QAZİLER.AZ