Musiqi insanın emosional vəziyyətinə təsir göstərir. Sakitləşmək üçün ahəngdar ritmə malik aram melodiyalar, o cümlədən kədərli kompozisiyalar seçmək daha yaxşıdır.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 13-də klinik psixoloq Darya Salnikova bildirib.
"Gümrah olmaq üçün aktiv, sakitləşmək üçün isə daha melodik, aram, klassik və hətta bəlkə də kədərli musiqilər dinləmək lazımdır", — deyə o, "Radio 1"ə müsahibəsində qeyd edib.
Mütəxəssisin sözlərinə görə, musiqinin janrı həlledici əhəmiyyət daşımır. Salnikova həmçinin kompozisiyaları sadəcə dinləməklə kifayətlənməməyi, ritmə uyğun hərəkət etməyi və zümzümə etməyi (birlikdə oxumağı) tövsiyə edib. Onun fikrincə, bu, təkcə əhval-ruhiyyəyə deyil, həm də sinir sisteminə müsbət təsir göstərməyə kömək edir.
QAZİLER.AZ

