Qəhvəni qida məhsulları ilə tam əvəz etmək mümkün deyil, lakin tünd şokolad oxşar gümrahlaşdırıcı təsir göstərə bilər.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, noyabrın 12-də dietoloq və endokrinoloq Anton Polyakov "aif.ru" nəşrinə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, qəhvəyə ən uyğun alternativ kakao paxlalarının tərkibi yüksək olan şokoladdır. Onun tərkibində tonuslandırıcı xüsusiyyətlərə malik kofein və teobromin, eləcə də B qrupu vitaminləri mövcuddur. Bundan əlavə, kakaonun tərkibindəki maddələr əhval-ruhiyyəni yaxşılaşdıra və stresin öhdəsindən gəlməyə kömək edə bilir.
Polyakov qeyd edib ki, şokoladın tərkibində həmçinin baş beyinə stimullaşdırıcı təsir göstərən və hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətini dəstəkləyən PQQ adlı vitaminəbənzər maddə var.
QAZİLER.AZ

