Payızda səhərlər niyə yataqdan qalxa bilmirik?

Payızda səhərlər niyə yataqdan qalxa bilmirik? backend

Payız və qış aylarında işığın az olması səbəbindən yuxudan oyanmaq çətinləşir.

Qaziler.az xəbər verir ki, bu barədə həkim-somnoloq Mariya Savina bildirib. "Lenta.ru" ilə söhbətində mütəxəssis vurğulayıb ki, yuxu saatlarının artırılmasına olan ehtiyac ilin fəslindən deyil, yaşdan, sağlamlıq göstəricilərindən və iş yükündən asılıdır.

“Yetkin insanların əksəriyyətinə sutkada yeddi saatdan doqquz saata qədər yatmaq lazımdır. Əgər insan yayda səkkiz saatlıq yuxudan sonra özünü dincəlmiş hiss edirdisə, qışda buna əlavə olaraq bir və ya iki saat artırmaq məcburi deyil. İşıq daxili bioloji saatı və melatonin hormonunun ifrazını tənzimləyir. Səhərlər hava uzun müddət qaranlıq qaldıqda orqanizmin oyaqlıq rejiminə keçməsi çətinləşir, axşamlar isə yuxululuq hissi daha tez yarana bilər”, - Savina izah edib.

QAZİLER.AZ