Yuxu psixi və fiziki sağlamlıq üçün olduqca vacibdir.
Qaziler.az bildirir ki, "Prevention.com" portalının məlumatına görə, ABŞ Milli Yuxu Fondu insanın müxtəlif yaş dövrlərində optimal yuxu norması ilə bağlı tövsiyələrini yeniləyib.
Fondun tədqiqatçıları tərəfindən insanların sağlamlığını yaxşılaşdırmaq məqsədilə bir sıra elmi araşdırmaların nəticələrinə əsasən hazırlanmış yeni yaş normaları belədir:
Yenidoğulmuşlar (0–3 ay): 14–17 saat
Körpələr (4–11 ay): 12–15 saat
Azyaşlı uşaqlar (1–2 yaş): 11–14 saat
Məktəbəqədər yaşlı uşaqlar (3–5 yaş): 10–13 saat
Məktəblilər (6–13 yaş): 9–11 saat
Yeniyetmələr (14–17 yaş): 8–10 saat
Gənclər (18–25 yaş): 7–9 saat
Yetkinlər (26–64 yaş): 7–9 saat
Yaşlılar (65 yaşdan yuxarı): 7–8 saat
QAZİLER.AZ

