Nar bir çox dərdlərin dərmanıdır.
Qanda hemoqlabini qaldırır. Narın ən məşhur xüsusiyyəti anemiya ilə mübarizəsidir. Qan azlığı zamanı 2 ay ərzində yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan nar şirəsi için.Təzyiqi salır. Nar dənələri hipertoniya xəstələrində qan təzyiqini asanlıqla aşağı salır. Narın içərisindəki pərdə isə qurudulmuş halda çaya əlavə edilərsə əsəb sistemini sakitləşdirməyə, həyəcandan qaçmağa kömək edir və gecə yuxusunu qaydaya salır.
Hormonların aktivliyini qaydaya salır. Narın çəyirdəyində olan yağ orqanizmdə hormonların balansını təmin edir. Ona görə də onun çəyirdəyini tüpürüb atmayın, yeyin.
Boğazı və ağzı dezinfeksiya edir. Narın qabıqlarından hazırlanmış sulu həlim və ya onun şirəsi ilə boğazı yaxalamaq angina və faringit xəstəlikləri zamanı yaxşı təsir göstərir.
İnsulini əvəz edir. Nar bəhəri diabet xəstələri üçün əvəzsizdir. Bununçün onun şirəsindən yeməkdən qabaq 60 damcı qəbul edin. Artıq 3-cü gün sizin qanınızda şəkərin miqdarı düşəcək.
Dərini sağaldır. Əgər dəriniz yağlı, üzünüzdə qara nöqtələr və irinli səpkilər varsa kərə və ya zeytun yağında yüngülcə qızardılmış üyüdülmüş nar qabığı ilə maska edin. Onu soyuducuya qoyun və həftədə ən azı 2 dəfə üzünüzə çəkin. Nar qabığının tozu isə yanıq, çat və söyrıntıları effektli müalicə edir.
Qurdqovucudur. Qurdlardan xilas olmaq üçün yetişmiş 40-50 qram xırdalanmış nar qabığının üzərinə 400 q soyuq su tökün və 6 saat saxlayın. Sonra vam odda mayenin yarısı qalana qədər qaynadın. Soyumuş həlimi süzün və bir saat ərzində kiçik porsiyalarla için. Bir saatdan sonra işlətmə çayı icin. 4-5 saatdan sonra isə imalə edin.
Soyuqdəyməni götürür. Müxtəlif soyuqdəymə xəstəliklərində (böyrək, qaraciyər, qulaq və göz, oynaq, ginekoloji orqanlar) nar qabığının həlimi kömək edir. Onu belə hazırlayın: 2 çay qaşığı xırdalanmış qabığın üzərinə 1 stəkan isti su tökün. Su vannasında 30 dəqiqə qaynadın, süzün. Yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə 50 qram qəbul edin.