Bu vitamini özbaşına qəbul etmək olmaz – Zəhərlənə bilərsiniz!

Bu vitamini özbaşına qəbul etmək olmaz – Zəhərlənə bilərsiniz! backend

Orqanizmdə maqneziumun həddindən artıq çox olması mədə-bağırsaq traktında ciddi problemlərə yol açır.

Qaziler.az xəbər verir ki, bu barədə xəbərdarlığı diyetoloq, nutrisioloq və terapevt Aleksandra Razarenova “nyus.ru”ya müsahibəsində bildirib.

Ekspert mütəxəssis tövsiyəsi olmadan profilaktika məqsədilə vitaminlərin qəbul edilməsinin təhlükəli ola biləcəyini vurğulayıb.

"Maqnezium çatışmazlığı şübhəsi olduqda, həkim əlavə bioloji aktiv maddələr təyin edə bilər. Lakin onları sadəcə profilaktika xatirinə qəbul etmək sağlamlıq üçün təhlükəli ola bilər. Çünki bu maddənin qəbulu asan olsa da, artıqlığı mədə-bağırsaq traktının funksiyalarının pozulmasına səbəb ola bilər. Bu zaman ən çox rast gəlinən əks-təsirlər isə ishal, ürəkbulanma və qarında spastik ağrılardır", — deyə Razarenova izah edib.

QAZİLER.AZ