Səhiyyə Nazirliyi dərmanların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd edilir k, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və.s) dərman preparatlarının siyahısını yerləşdirib və bu da əhali arasında çaşqınlığa səbəb olub.
Məlumat üçün bildirilir ki, qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır."Səhiyyə Nazirliyi tərəfindən vətəndaşların diqqətinə o da çatdırılır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir".