Tez əsəbiləşənlər üçün relaksasiya metodları: Qəzəbi idarə etməyin yolları

Tez əsəbiləşənlər üçün relaksasiya metodları: Qəzəbi idarə etməyin yolları backend

Tez-tez əsəbiləşirsiniz və özünüzü cilovlamaqda çətinlik çəkirsiniz? Sonradan peşman olacağınız sözlər deyir, yaxınlarınız və iş yoldaşlarınızın qarşısında özünüzü idarə etmək istəyirsiniz? Gərginliyin öhdəsindən asanlıqla gəlməyə kömək edəcək bəzi relaksasiya (fiziki və psixoloji rahatlama) metodları ilə tanış olun. Bu üsullarla daha sakit və xoşbəxt olacaqsınız, ailəniz də sizdən razı qalacaq.

Qaziler.az xarici mətbuata istinadən əsəbi idarə etməyə kömək edən relaksasiya texnikalarını təqdim edir:

Dərindən nəfəs alın

Nəfəsinizi idarə etməklə sinirlərinizi daha asan cilovlaya bilərsiniz. Dərin nəfəsalma nəbzi yavaşladır, təzyiqi sabitləşdirir və bütün orqanizmi rahatladır. Cəmi bir neçə dəqiqə vaxt aparan bu texnika hər dəfə qəzəblənəndə və ya stresə düşəndə köməyinizə çatacaq:

• Əllərinizi qarnınızın üzərinə qoyun.
• Dərindən nəfəs alın və bu zaman qarnınızın rahat və sərbəst olmasına çalışın.
• Nəfəsinizi bir neçə saniyə saxlayın.
• Yavaş-yavaş nəfəsinizi xaric edin (çıxarın).
• Qəzəbinizi idarə edə bildiyinizi hiss edənə qədər bu prosesi təkrarlayın.

Əzələlərin ardıcıl rahatladılması
Əzələlərin ardıcıl rahatladılması sinirləri sakitləşdirmək üçün effektiv olacaq digər bir üsuldur. Bu zaman diqqətinizi müxtəlif əzələ qruplarının gərilib-boşalmasına yönəltməlisiniz. Bu proses sizi qəzəbləndirən səbəblər barədə düşünməkdən uzaqlaşdıracaq, həmçinin narahatlıq və gərginliyi azaldacaq. Əgər bu məşqləri axşam saatlarında etsəniz, rahat bir yuxu qazanmış olacaqsınız:

• Sakit və rahat bir yerdə əyləşin və ya uzanın.
• Diqqətinizi müəyyən bir əzələ qrupuna cəmləyin.
• Dərindən nəfəs alaraq, seçdiyiniz əzələ qrupunu bacardığınız qədər güclü gərin və 5 saniyə gərgin vəziyyətdə saxlayın.
• Sürətlə nəfəsinizi buraxın və əzələlərinizi tam sərbəst rahatladın.
• Təxminən 15 saniyəlik fasilə verin, sonra eyni prosesi digər əzələ qrupu ilə təkrarlayın.
• Tam rahatlıq hiss edənə qədər məşqə davam edin.

QAZİLER.AZ