Həftədə iki dəfə güc məşqləri etmək qocalmanı ləngidə bilər.
Qaziler.az xəbər verir ki, bunu Piroqov Universitetinin Biotəbabət İnstitutunun terapiya kafedrasının dosenti Olqa Orlova NEWS.ru saytına bildirib. Onun sözlərinə görə, bu aktivlik növünün səmərəliliyi kliniki araşdırmalarla təsdiqlənib.
"Müasir biohakinq həyat tərzinin dəyişdirilməsi metodlarını, fizioloji parametrlərin rəqəmsal qiymətləndirilməsini və qocalma mexanizmlərinə potensial təsir göstərən müdaxilələri birləşdirir. Bura həmçinin fizioloji adaptasiya mexanizmləri: oksigen mübadiləsi, termorequlyasiya, mitoxondrial funksiya, iltihab və sirkad ritmlərə təsir texnologiyaları daxildir. ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) tövsiyələri həftədə 150-300 dəqiqəlik mülayim aerobika məşqlərini, həftədə azı iki dəfə güc hərəkətlərini və yaşlı insanlar üçün tarazlıq məşqlərini nəzərdə tutur", — deyə Orlova qeyd edib.
O bildirib ki, profilaktikanın sübuta yetirilmiş əsasını həmçinin tütündən imtina, qan təzyiqinin və aterogen lipoproteidlərin (orqanizmdəki zərərli piylərin) nəzarətdə saxlanılması, karbohidrat mübadiləsindəki pozuntuların düzəldilməsi, tamdəyərli yuxu və rasional qidalanma təşkil edir.
QAZİLER.AZ

