“Bayram günlərində 18 nəfər dəm qazından zəhərlənib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib”. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
A.Maqsudovun dediyinə görə, dəm qazı ilə bağlı xəstəxanaya yerləşdirilən 12 nəfərdən 10-u ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 2 nəfərin müalicəsi hələ davam etdirilir. Onlar da yaxın günlərdə evə buraxılacaq.
A. Maqsudov qeyd edib ki, 2015-ci ilin sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında 16, dekabr ayında isə 24 nəfər dəm qazından zəhərlənib.
Şöbə müdirinin sözlərinə görə, bayram günlərində 4 nəfər dərmanın allergik reaksiyası, 16 nəfər sərxoşluq, alkollu içkilərin qəbulu zamanı zəhərlənmə yaşadığı üçün şöbəyə müraciət edib.