Həkim-endokrinoloq Anna Novikova bildirib ki, payızda şirin və yağlı qidalara olan həvəs çox vaxt yorğunluq, stress və ya bədbin əhval-ruhiyyə fonunda güclənir.
Qaziler.az xəbər verir ki, "Qazeta.Ru" ilə söhbətində mütəxəssis vurğulayıb ki, iştahanın artmasının orqanizmin qış üçün piy ehtiyatı toplamaq cəhdləri ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu, adətən günlərin qısalmasının (günəş işığının azalmasının) nəticəsidir. Yəni insan onu məmnun və xoşbəxt edəcək hisslər yaşamaq istəyir ki, bunu da qida vasitəsilə daha asanlıqla əldə edə bilir.
"Temperatur aşağı düşdükdə bədən sabit temperaturu qoruyub saxlamalı olduğu üçün enerji xərcləri həqiqətən bir qədər arta bilər. Lakin isti geyimlər, nəqliyyat və qızdırılan otaqlar şəraitində bu faktor, yüksək kalorili qidalara olan daimi həvəsi izah etmək üçün adətən kifayət deyil. Şirin və yağlı məhsullar rahatlıq və mükafat hissi ilə assosiasiya olunur, buna görə də yorğunluq, stress və ya bədbin əhval-ruhiyyə fonunda onlara qarşı istək daha da güclənir", — deyə Novikova izah edib.
QAZİLER.AZ

