C vitamininin gizli təhlükəsi: Böyrəkləri sıradan çıxarır

C vitamininin gizli təhlükəsi: Böyrəkləri sıradan çıxarır backend

Əlavə qida şəklində qəbul edilən C vitamini soyuqdəymə mövsümündə orqanizmi kəskin respirator virus infeksiyalarından (KRVİ) qorumur.

Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya terapevt-profpatoloq Svetlana Burnatskaya bildirib. Onun sözlərinə görə, immuniteti qaldırmaq məqsədilə bu qida maddəsindən həddindən artıq istifadə etmək real sağlamlıq problemlərinə yol aça bilər.

"Antioksidantlar həqiqətən də hüceyrələrin zədələnmədən qorunmasında iştirak edir, lakin orqanizmə meqadozalar lazım deyil. Burada prinsip “nə qədər çox olsa, bir o qədər faydalıdır” yox, balansın qorunmasıdır. C vitamini suda həll olunan vitaminlərə aid edilsə də, bu, onun heç bir məhdudiyyət olmadan qəbul edilə biləcəyi mənasına gəlmir. Böyük dozalar ürəkbulanma, qarın ağrısı və ishala səbəb ola bilər. Müəyyən meylliliyi olan insanlarda isə həddindən artıq istifadə böyrəklərdə daş əmələ gəlmə riskini artırır", - deyə Burnatskaya xəbərdarlıq edib.

Həkim qeyd edib ki, C vitamininin gündəlik normasını meyvə, tərəvəz və giləmeyvələrdən almaq mümkündür. Bioloji aktiv əlavələrə (BAAD) isə yalnız tibbi göstərişlər, məsələn, orqanizmdə bu qida maddəsinin çatışmazlığı olduqda ehtiyac yaranır. O əlavə edib ki, faydalı maddələrin qəbulu keyfiyyətli yuxunu, balanslaşdırılmış qidalanmanı və müalicəni əvəz edə bilməz.

QAZİLER.AZ