Diyetoloq Alla Balandinanın sözlərinə görə, yumurtanın faydası qabığının rəngindən asılı deyil.
Qaziler.az xəbər verir ki, "Regions" internet nəşrinə müsahibəsində mütəxəssis vurğulayıb ki, qabığın çaları faydalılıq göstəricisi deyil, sadəcə yumurtanı yumurtlayan toyuğun cinsindən xəbər verir. Onun sözlərinə görə, bununla bağlı məlumatlar beynəlxalq qidalanma kitablarında da öz əksini tapıb.
"Yumurta qabığının rəngi toyuğun cinsindən asılıdır və tərkibindəki vitamin və mineralların miqdarına təsir göstərmir. Tünd rəngli yumurtalarda rəngləyici maddə üst tərəfdən lak kimi nazik təbəqə ilə oturur. Buna görə də yumurtanı sındırdıqda qabığın daxili hissəsi açıq rəngdə olur. Rəng çaları tərkib deyil, sadəcə xarici təbəqə, bir növ kosmetik görünüşdür", – deyə Balandina izah edib.
QAZİLER.AZ

