İki gündə bu hərəkətlərdən birini müntəzəm etsəniz və doğru qidalansanız, alt göbək bölgənizi əridib sıxlaşdıra bilərsiniz. Aile.lent.az hər gün edə biləcəyiniz qarın əritmə hərəkətlərini təqdim edir. Yerə uzanıb ayaqları qaldırma
Yerə uzanınƏllərinizin iç qisimlərini iki yanınızda yerə sabitləyin.
Ayaqlarınızı dümdüz uzadın.
Əvvəlcə sağ ayağınızı yerdən 20 sm qədər yuxarı qaldırın, sonra endirin, amma yerlə arasında 1-2 sm saxlayın. Sonra eyni hərəkəti sol ayağınız üçün edin.
Hər ayağınız üçün 10 dəfə edin.
Plank vəziyyəti
Üzünüz yerə baxacaq şəkildə ayaqlarınız və əlləriniz üzərində bədəninizi düz hala gətirin. 10 saniyə qədər qalın.
Sonra dizlərinizin üzərinə çökərək yerə yatıb dincəlin. Hərəkəti 10 dəfə edin.
Mekik
Yerə uzanın
Əllərinizin iç qisimlərini iki yanınızda sabitləyin.
Əllərinizdən aldığınız qüvvətlə dizlərinizi qarnınıza doğru qaldırın.
Əllərinizi möhkəm yerə basmağa davam edin. Dizlərinizi başınıza doğru çəkərək budlarınızın yerdən qalxmasına kömək edin.