Yatmazdan əvvəl yüngül fiziki aktivlik bədənin rahatlaşmasına kömək edir, lakin intensiv idman məşqləri yuxuya getməyə mane ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə həkim-kinezioloq Mixail Qavrikin xəbərdarlıq edib.
"Çempionat" nəşrinə müsahibəsində mütəxəssis vurğulayıb ki, axşam saatları üçün ən yaxşı seçim yoqa, pilates və ya sakit tempdə gəzintidir. Bundan əlavə, onun sözlərinə görə, insan öz xronotipini (bioloji saatını) nəzərə almalı və axşam məşqləri zamanı nəbzini nəzarətdə saxlamalıdır.
"Yatmazdan əvvəl idmanla məşğul olmaq mümkündür, lakin bunu şüurlu şəkildə etmək lazımdır. Yüngül aktivlik rahatlamağa kömək etdiyi halda, intensiv məşqlər yuxunu qaçırır. Bədəninizə qulaq asın: əgər axşam yükündən sonra uzun müddət yuxuya gedə bilmirsinizsə, məşqi səhər saatlarına keçirin", — deyə Qavrikin izah edib.
QAZİLER.AZ

