Aparıcı Aytən Səfərova Azərbaycanda satılan bəzi mayonezlərin qoxusundan şikayətlənib.
Qaziler.az xəbər verir ki, o, bu barədə “Xəbər ertəsi” proqramında danışıb. O, hazırladığı paytaxt salatını qoxusuna görə tullamaq məcburiyyətində qaldığını bildirib:
“Mayonez almışdım. Ondan paytaxt salatı hazırlamışdım. 90-cı illərdə palma yağını marketlərdə kiloqramlarla satırdılar. Ondan qızartmalar üçün istifadə edirdilər. Spesifik dadı və qoxusu var idi. Bu gün Azərbaycandakı piştaxtalarda bir-iki firma istisna olmaqla, digər bütün mayonezlərdə palma yağının qoxusunun gəldiyini müşahidə etmişəm. Yarım teşt paytaxt salatını tulladım. Çünki yeyiləsi deyildi. Salatdan rezin, neft qoxusu gəlirdi. Bunu nə uşaqların, nə də qonaqların qarşısına qoymaq olar. Mayonezi necəsə bilmək olur. Bəs duru yağlarda bunu necə hiss edəsən? Hamısı eyni rəngdədir, qiymətləri də artıb”.
Axşam.az

