"Belim ağrıyır, masaja gedim" deyənlər! – Sonu ölüm ola bilər

"Belim ağrıyır, masaja gedim" deyənlər! – Sonu ölüm ola bilər backend

Bel ağrıları zamanı edilən masaj, əgər bu sindrom yüksək qızdırma və titrəmə ilə müşayiət olunursa, sepsisə (qan zəhərlənməsinə) səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru"ya Tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib. Onun sözlərinə görə, fəqərə sümüyünün sınığı zamanı da bu prosedur qətiyyən yolverilməzdir.

"Belim ağrıdı, masaja getdim" yanaşması ən yaxşı halda kömək etməyəcək, ən pis halda isə ciddi ziyan vuracaq. Ağrının səbəbi tam aydınlaşmayana qədər hər hansı masaj müdaxiləsi risk daşıyır. Elə simptomlar var ki, bu zaman tək bir yol var: masajçıya yox, həkimə müraciət etmək. Ağrı fonunda yüksək qızdırma və titrəmə infeksiyanın, spondilitin (fəqərə iltihabı) və ya epidural absesin əlaməti ola bilər. Masaj iltihabı daha da gücləndirərək sepsisə də yol aça bilər", — deyə Umnov xəbərdarlıq edib.

O vurğulayıb ki, ayaqda və ya qolda getdikcə artan zəiflik sinir kökünün və ya onurğa beyninin sıxılmasına işarə edə bilər.

"Travmadan sonra yaranan kəskin ağrı, xüsusilə yaşlılarda və osteoporoz xəstəliyi olanlarda fəqərənin kompressiya sınığı riski deməkdir. Bu vəziyyətdə masaj çox təhlükəlidir. Əgər ağrı bədənin duruş formasından asılı deyilsə və gecələr güclənirsə, bu, onurğa şişinin və ya metastazların əlaməti ola bilər. Onurğa sütununda aparılan əməliyyatdan sonrakı erkən dövrdə isə minimum altı ay ərzində masaj qadağandır və növbəti dövrlərdə yalnız əməliyyat edən cərrahın yazılı icazəsi ilə mümkündür", — deyə Umnov fikirlərini tamamlayıb.

QAZİLER.AZ