Xəttiniz qəfil dəyişibsə, diqqətli olun: 2 ciddi xəstəliyin göstəricisi ola bilər

Xəttiniz qəfil dəyişibsə, diqqətli olun: 2 ciddi xəstəliyin göstəricisi ola bilər backend

Əl xəttinin qəfil dəyişməsi Altzeimer və ya Parkinson xəstəliyindən xəbər verə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, birinci halda (Altzeimer) hərflər tədricən kiçilir, bucaqlı forma alır və oxunması demək olar ki, qeyri-mümkün olur. İkinci halda isə (Parkinson) pasiyentlər sətirləri və hərflərin düzülüşünü nəzərə almadan, xaotik şəkildə yazmağa başlayırlar.

Xüsusilə qəfil baş verən dəyişikliklərə ciddi diqqət yetirilməlidir. Demyanovskaya xəbərdarlıq edib ki, əgər xətt görünən bir səbəb olmadan qəfil pisləşibsə, bu, beyin qan dövranının kəskin pozulmasından (insult), kəllə-beyin travmasından, yaxud da dağınıq skleroz kimi xəstəliklərin başlanğıcından və ya kəskinləşməsindən xəbər verə bilər.

Əllərin kəskin əsməsi (tremor) və nəzarətsiz səyrimələr də digər təhlükəli əlamətlər hesab olunur. Bütün bu simptomlar həkimə müraciət etmək üçün ciddi əsasdır. Nevroloq əlavə edib ki, xəttin pisləşməsi bəzən xroniki stres, tükənmə, mental (psixi) pozuntular və yaşla bağlı dəyişikliklərlə də əlaqəli ola bilər.

QAZİLER.AZ