Həkim veyplərlə bağlı ən təhlükəli mifi alt-üst etdi

Həkim veyplərlə bağlı ən təhlükəli mifi alt-üst etdi backend

Veyp (elektron siqaret) çəkərkən su buxarı deyil, ağciyərlər üçün toksik olan aerozol yaranır.

Qaziler.az xəbər verir ki, bunu “NEWS.ru” saytına həkim-otorinolarinqoloq Raul Ten bildirib. Onun sözlərinə görə, veyp mayelərinin komponentləri tənəffüs yollarındakı hüceyrələri zədələmək qabiliyyətinə malikdir.

"Çoxları elə hesab edir ki, veyp qatran və yanma məhsulları xaric etmədiyi üçün zərərsizdir. Bu, ən populyar və ən təhlükəli yanlış təsəvvürdür. Cihaz su buxarı deyil, mürəkkəb kimyəvi tərkibli aerozol hasil edir. Veyp mayelərinin əsas tərkib hissəsi olan propilen qlikol qızdırıldıqda parçalanır və zəhərli maddələr əmələ gətirir. Tədqiqatçılar müəyyən ediblər ki, maddə qızdırılarkən tənəffüs yollarının hüceyrələrini zədələyən metilqlioksal və asetaldehid yaranır", — deyə Ten xəbərdarlıq edib.

O vurğulayıb ki, metilqlioksal ciddi təhlükə yaradır, çünki hətta cüzi miqdarda belə mitoxondriləri zədələməyə və hüceyrələrin strukturunu zəiflətməyə qadirdir. Bundan əlavə, həkimin sözlərinə görə, veyp aerozolunun tərkibində formaldehid, nitrozaminlər, uçucu orqanik maddələr, ağır metallar və digər toksik komponentlər mövcuddur.

QAZİLER.AZ