Yeməkdən sonra nəbzin sürətlənməsi qan dövranının yenidən paylanması ilə bağlıdır.
Qaziler.az xəbər verir ki, bu barədə "Çempionat" nəşrinə həkim-terapevt Dinara Saxarova məlumat verib. O qeyd edib ki, ürəyin atım həcminin 30%-ə qədəri həzm orqanlarına yönəldilir.
Mütəxəssis izah edib ki, bəzi qidalar da nəbzin tezliyinə təsir göstərə bilər. Onun sözlərinə görə, kofe, tünd çay, şokolad, alkoqol, acı yeməklər, həddindən artıq duz və ya şəkər ürək fəaliyyətini birbaşa stimullaşdırır.
Saxarova vurğulayıb ki, həzm prosesi qidadan alınan enerjinin 5%-dən 15%-dək hissəsini tələb edir. Orqanizm həzm sisteminə qan axınını və oksigenin çatdırılmasını gücləndirir, buna görə də ürək daha intensiv işləyir.
QAZİLER.AZ

