“Mövsümü xəstəliklər artıb. İmmunitetimiz çox zəifdir. Ona görə də hər 10 adamdan 5-i xəstədir. İmmuniteti qaldırmaq lazımdır. Bunun üçün mövsümü meyvələrdən və tərəvəzlərdən istifadə etmək lazımdır. Bu vitaminlər bədəndə immunitet yaradır. Amma yenə də qripdən və mövsümü xəstəliklərdən heç kim tam qaça bilməz. Ən azından qarşısını almaq olar”
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov bildirib.
Həkim son günlər bir neçə ölkədə, xüsusilə də Rusiyada yayıldığı deyilən Taun xəstəliyindən də danışıb:
“Taun çox qorxulu xəstəlikdir. Deyilənə görə Rusiyada bir nəfər taundan dünyasını dəyişib. Hansı şəxsdə taun xəstəliyi varsa onu başqa ölkəyə buraxmazlar. Həmin ölkədə karantin elan etməlidirlər. Azərbaycana gələ bilməz. Taundan elə də asan qurtulmaq olmur. Virus hər yerdə yaşayır. Onun qarşısını almaq çətindir. İnsanın bədəninə keçdisə onu məhv edir. Bədənə keçən kimi hüceyrənin içində yaşayır. Hüceyrənin içinə keçən dərman isə yoxdur. Taun hüceyrənin nüvəsi ilə qidalanır” deyə Rəşid Mahmudov bildirib.
Qeyd edək ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanda yoluxucu xəstəliklər, o cümlədən taun və vəba epidemiyaları tüğyan edərək böyük insan tələfatına səbəb olmuşdur. Son 50 il ərzində ölkədə taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb və hazırda ölkədə epidemioloji vəziyyət tamamilə sabitdir.

