Beyin sağlamlığını qoruyan QİDALAR

Beyin sağlamlığını qoruyan QİDALAR backend

Dietoloq Yelena Solomatina beyin sağlığını qorumağa və onun fəaliyyətini gücləndirməyə kömək edən qidaların siyahısını açıqlayıb.

Qaziler.az bildirir ki, "Radio 1"ə verdiyi müsahibədə o, bədənin mürəkkəb bir sistem olduğunu və onun fəaliyyətini necə qorumağı öyrənmək vacib olduğunu qeyd etdi.

Ekspert qeyd edib ki, insan orqanizmi mürəkkəb bir sistemdir və onun işini düzgün qidalarla dəstəkləmək olduqca vacibdir.

Beyin aktivliyini saxlamaq üçün dietoloqun əsas tövsiyələri aşağıdakılardır:

  • Antosianla zəngin giləmeyvələr: Qaragilə, mırsağalı (qolubika) və böyürtkən kimi mövsüm giləmeyvələri beyin üçün çox faydalıdır. Qarağat qan dövranını yaxşılaşdırır və iltihab proseslərini azaldır. Üzüm də orqanizmə bənzər müsbət təsir göstərir.
  • Omeqa-3 mənbəyi olan balıqlar: Tərkibindəki faydalı maddələrə görə siyənək (seld), skumbriya və qızılbalığın (losos) istənilən formada rasiona daxil edilməsi tövsiyə olunur.
  • Bitki mənşəli yağlar: Faydalı yağ turşularının əla bitki mənşəli mənbəyi olaraq kətan yağının qəbulu xüsusilə faydalıdır.

QAZİLER.AZ