Evdə diş ağardanların nəzərinə: Bu vasitələr kimyəvi yanıqlara səbəb olur

Evdə diş ağardanların nəzərinə: Bu vasitələr kimyəvi yanıqlara səbəb olur backend

Diş ağardıcı lentlər selikli qişaya təmas etdikdə kimyəvi yanıqlara səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “LIFE.ru” portalına gigiyena və profilaktika şöbəsinin müdiri Natalya Yefimova məlumat verib. Ekspert qeyd edib ki, peşəkar ağartma sistemlərinin tərkibində də dişin daxilindəki piqmentləri parçalayan hidrogen-peroksid və ya karbamid-peroksid maddələri mövcuddur.

Həkimin sözlərinə görə, ev şəraitində edilən ağartma hər zaman narahatlıq yaratmır və uzunmüddətli, baha başa gələn müalicəyə səbəb olmur. Lakin fəsadların yaranma riski hər zaman var. Xüsusilə tərkibi bilinməyən vasitələrdən istifadə etdikdə, lentləri diş üzərində vaxtından artıq saxladıqda və kursları çox tez-tez təkrarladıqda bu təhlükə daha da böyüyür.

Yefimova vurğulayıb ki, ağartma prosedurunu mütəxəssis nəzarəti altında keçirmək daha yaxşıdır. Bəzən təbəssümün rəngini yaxşılaşdırmaq üçün sadəcə peşəkar stomatoloji gigiyena kifayət edir və bu zaman əlavə ağartma proseduruna ehtiyac qalmır.

QAZİLER.AZ