Stressə davamlılığı artıran sadə vərdiş açıqlandı

Stressə davamlılığı artıran sadə vərdiş açıqlandı backend

Binhəmton Universitetinin alimləri müəyyən ediblər ki, stressə qarşı davamlılıq böyük ölçüdə gündəlik vərdişlərdən asılıdır və sözün əsl mənasında səhər yeməyi ilə başlayır. Sağlam rejim insanın psixoloji çevikliyini (fikirlərini, emosiyalarını və hərəkətlərini şəraitə uyğunlaşdırmaq bacarığını) artırır, bu isə öz növbəsində streslə daha yaxşı mübarizə aparmağa kömək edir.

Qaziler.az xəbər verir ki, araşdırma "Journal of American College Health" jurnalında dərc olunub.

Tədqiqatçılar 400-ə yaxın tələbə arasında anonim sorğu keçiriblər. Məlum olub ki:

  • Həftədə ən azı 5 dəfə səhər yeməyi yemək stresə qarşı daha yüksək davamlılıq yaradır.
  • Gündə minimum 20 dəqiqəlik fiziki aktivlik psixoloji çevikliyi artırır.
  • Həftədə bir neçə dəfə balıq yağı qəbul etmək adaptasiya bacarığını yaxşılaşdırır.
  • Əksinə, 6 saatdan az yuxu və tez-tez fastfud yemək psixoloji "sərtliyə" (uyğunlaşma çətinliyinə) səbəb olur.

Araşdırma müəlliflərindən biri olan Lina Beqdaş qeyd edir ki, sağlam vərdişlər stresə birbaşa deyil, məhz psixoloji çevikliyi artırmaq vasitəsilə təsir edir.

Bu tədqiqat müşahidə xarakterlidir, yəni səbəb-nəticə əlaqəsini tam sübut etmir. Ola bilsin ki, sadəcə psixoloji olaraq daha güclü olan insanlar sağlam həyat tərzinə daha çox meyllidirlər. Lakin hər bir halda, xüsusilə imtahan və sıx iş dövrlərində müntəzəm səhər yeməyi, kifayət qədər yuxu və az müddətli idman hərəkətləri kimi sadə addımlar zehni dözümlülüyü qorumaq üçün effektiv üsuldur.

QAZİLER.AZ