Süd vəzisi xərçənginin əlamətlərini evdə müəyyən etməyin SADƏ YOLU

Süd vəzisi xərçənginin əlamətlərini evdə müəyyən etməyin SADƏ YOLU backend

Döş dərisində məsamələrin aydın şəkildə qabarması xərçəngin əlamətlərindən biri ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru" saytına onkoloq, tibb elmləri namizədi və "Gemotest" Laboratoriyasının eksperti Anastasiya Fatyanova bildirib. Onun sözlərinə görə, qızartı və şişkinlik də insanı şübhələndirməlidir.

"Döşün yoxlanılması (palpasiya) – ginekoloqların və mammoloqların pasiyentlərə danışdıqları klassik bir özünüdiaqnostika üsuludur. Texnika həqiqətən çox sadədir: bir əli başın arxasına atmaq, digər əlin barmaq ucları ilə isə yüngül dairəvi hərəkətlərlə əks tərəfdəki süd vəzisini qoltuqaltı nahiyədən mərkəzə doğru, giləni də əhatə edəcək şəkildə yoxlamaq lazımdır. Şişkinliyə və qızartıya mütləq diqqət yetirilməlidir. Digər bir təşviş doğuran simptom isə dərinin limon qabığını xatırlatması və məsamələrin aydın şəkildə görünməsidir. Bu onunla izah oluna bilər ki, şiş limfa damarlarını bloklayır, nəticədə maye toxumalarda yığılıb qalaraq şişkinliyə səbəb olur", — deyə Fatyanova qeyd edib.

Onun sözlərinə görə, döş giləsi və ətrafındakı dərisi uzun müddət sağalmayan zədələr, habelə laktasiya dövrü ilə bağlı olmayan ifrazatlar zamanı həkimə müraciət etmək üçün ciddi əsasdır. Mütəxəssis süd vəzilərinin simmetrikliyini də müşahidə etməyin vacibliyini vurğulayıb.

“Qadınların əksəriyyətində döşlərin ölçüsü fərqlidir – bu normaldır. Lakin əgər süd vəzilərindən biri nəzərəçarpacaq dərəcədə böyüməyə, kiçilməyə və ya aşağı sallanmağa başlayıbsa, bu, narahatlıq üçün bir əsasdır. Xüsusilə döş giləsinin vəziyyətinin və xarici görünüşünün dəyişməsi ciddi siqnaldır. Məsələn, əgər o, qabarıqlaşıbsa və ya əksinə, qəflətən içəri doğru batmağa başlayıbsa...” — deyə Fatyanova fikrini yekunlaşdırıb.

QAZİLER.AZ