Astma və təngnəfəslik zamanı nə etməli? - XALQ TƏBABƏTİNİN İZİ İLƏ

Astma və təngnəfəslik zamanı nə etməli? - XALQ TƏBABƏTİNİN İZİ İLƏ backend

Qədimdə astma və təngnəfəslik zamanı xalq təbabətindən geniş istifadə olunub.

Bəs bu zaman hansı vasitələr daha effektlidir?

Cirə yemək nəfəsalmanı asanlaşdırır. Onu süsən kökü ilə qaynadıb içmək daha faydalıdır.

Bu baxımdan çobanyastığı da eyni təsirə malikdir.

Badam yağını bal, süsən kökü, mum və gül yağı ilə qatıb istifadə etmək təngnəfəsliyə qarşı yaxşı vasitədir.

Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir. Bu cəhətdən kərəviz yemək də faydalıdır.

Təngnəfəsliyə qarşı işlədilən dərmanlardan biri də təzə süddür.Dəvə südü ən faydalı hesab edilir.

Zəfəran ağ ciyərləri möhkəmləndirir və nəfəsalmanı asanlaşdırır.

Aloyu yeni közün üstündə tüstülədin və özünüzü onun tüstüsünə verin. Bu astmanı müalicə edir.

Təngnəfəsliyə qarşı işlənən vasitələrdən heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm sirkəsini də qeyd etmək olar.
Diaspora