Smart saat taxmaq dəridə qıcıqlanmaya və allergiyaya səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, həkim-dermatoloq Yuliya Qallyamova xəbərdarlıq edib. "Moskva 24" telekanalına müsahibəsində mütəxəssis vurğulayıb ki, əgər qıcıqlanma kəmərin sərhədlərini aşırsa və güclü qaşıntı yaranırsa, bunun səbəbi çox vaxt allergik reaksiyadır.
"Ən çox rast gəlinən allergen kəmərin örtüyündə, toqqasında və ya elə kəmərin özündə ola biləcək metaldır. Bununla belə, materialın hopdurulduğu maddələrin və ya yapışqanın hər hansı bir komponenti də reaksiyaya səbəb ola bilər. Belə olan halda, qolbağı dəyişdirib, məsələn, parça kəmərdən istifadə etmək və saatın dəri ilə təmasda olan səthini nəsə ilə yapışdırıb izolyasiya etmək olar", — deyə Qallyamova izah edib.
QAZİLER.AZ

