Dirsəyinizdə və ya boynunuzda qəribə ağrılar hiss edirsinizsə, bunun səbəbi mobil telefonunuz ola bilər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, fizioterapiya mütəxəssisi Xayme Kuinn bildirir ki, insan bədəni bütün günü irəliyə doğru əyilərək telefon tutmaq üçün nəzərdə tutulmayıb.
Telefon istifadəsinin səbəb olduğu 5 ağrı növü və onlardan qurtulmağın yolları:
- Baş barmaq ağrısı: Ekranı sürüşdürərkən və ya mesaj yazarkən davamlı olaraq baş barmaqdan istifadə etmək gərginlik yaradır. Həlli: Digər barmaqlarınızdan da istifadə etməyə çalışın. Ağrı keçməsə, həkimə müraciət edin.
- Boyun ağrısı: Nyu-Yorklu cərrah Kennet Xansracın araşdırmasına görə, ekrana baxarkən başı aşağı əymək onurğaya həddindən artıq təzyiq salır, əzələ spazmlarına və sümüklərin strukturunun dəyişməsinə yol açır. Həlli: Telefonu göz bəbəyiniz səviyyəsinə qaldırın. Başı əymədən, sadəcə baxışlarınızı aşağı yönəltməyi vərdiş edin.
- Dirsək ağrısı: Qolu uzun müddət bükülü saxlamaq dirsək nahiyəsindəki sinirləri gərir. Biləyin sabit qalması isə ön qol əzələlərini yükləyir. Həlli: Telefonda nəsə oxuyarkən cihazı tutduğunuz əlinizi tez-tez dəyişdirin.
- Bel ağrısı: Çiyin və boyunu irəli əydikdə ön əzələlər sıxılır, arxa əzələlər isə dartılır və disbalans yaranır. Həlli: Gün ərzində qamətinizə nəzarət edin. Belinizi düz, çiyinlərinizi isə bir qədər geridə saxlayın.
- Bilək ağrısı: Biləyin uzun müddət bükülü qalması tendonlara (vətərlərə) və oynaqlara təzyiq göstərir. Həlli: Telefonu növbəli şəkildə hər iki əllə istifadə edin. Mümkünsə, uzun mesajları kompüter vasitəsilə yazın.
QAZİLER.AZ

