Limon orqanizm üçün müstəsna faydalara malikdir və onu sadəcə limonad kimi deyil, onlarla fərqli üsulla istehlak etmək lazımdır.
Qaziler.az bildirir ki, mütəxəssislər bu sitrus meyvəsinin sağlamlığa olan çoxşaxəli müsbət təsirlərini açıqlayıblar.
Limonun orqanizmə əsas faydaları aşağıdakılardır:
pH balansını bərpa edir: Dadı turş olsa da, güclü qələvi təsirinə malikdir. Bu səbəbdən günə bir stəkan ilıq limonlu su ilə başlamaq tövsiyə olunur.
İmmuniteti gücləndirir: Tərkibindəki zəngin C vitamini və flavonoidlər sayəsində, xüsusilə qış aylarında infeksiyalara qarşı effektiv müdafiə təmin edir.
Qaraciyəri və bağırsaqları təmizləyir: Qaraciyərin fəaliyyətini stimullaşdırır, toksinləri xaric edir və bağırsaq hərəkətliliyini artıraraq illərlə yığılıb qalmış zərərli maddələri orqanizmdən qovur.
Böyrək daşlarını əridir: Tərkibindəki limon turşusu kalsium çöküntülərini və böyrək daşlarını parçalamaq qabiliyyətinə malikdir.
Qocalmanı ləngidir: C vitamini qocalmaya və müxtəlif xəstəliklərə səbəb olan sərbəst radikalları neytrallaşdırır.
Güclü antibakterial vasitədir: Aparılan araşdırmalar limon şirəsinin malariya, vəba, difteriya və qarın yatalağı törədən bakteriyaları məhv etdiyini göstərib.
Qan təzyiqini tənzimləyir: Tərkibindəki P vitamini qan damarlarını gücləndirir, bu isə hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkənlər üçün faydalıdır.
Xərçənglə mübarizə aparır: Limonun tərkibində xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan 22 xərçəng əleyhinə birləşmə var.
Göz nura xeyirdir: Görmə qabiliyyətini yaxşılaşdırır və gözlə bağlı bir çox simptomları aradan qaldırmağa kömək edir.
QAZİLER.AZ

