Bəzi insanların zəngli saat çalmadan bir neçə dəqiqə əvvəl oyanması orqanizmin günün dəqiq vaxtını bilməsi ilə bağlı deyil. Bu, sabit sirkad ritmi (bioloji saat) ilə əlaqədardır.
Qaziler.az xəbər verir ki, bunu "Çempionat" nəşrinə müsahibəsində somnoloq Maksim Novikov izah edib. O qeyd edib ki, sabit yuxu rejimi olduqda insan orqanizmi oyanmağa öncədən hazırlaşa bilir.
"Əgər yuxudan durmaq və yatmaq vaxtı təxminən eyni saatlara təsadüf edirsə, sabit bir sirkad ritmi formalaşır. Müəyyən saatlarda yuxu və oyaqlığa cavabdeh olan sistemlərin aktivliyi dəyişir, bədən temperaturu və sinir sisteminin fəaliyyəti tədricən yüksəlir. Buna görə də səhərlər oyaqlıq fazasına keçid, insan şüurlu şəkildə saata baxmazdan daha əvvəl başlayır. Rejim nə qədər sabit olarsa, bu effekt bir o qədər nəzərəçarpan ola bilər", — deyə Novikov izah edib.
O əlavə edib ki, hormonal mexanizmlər də oyanma prosesində yaxından iştirak edir. İnsan təbii şəkildə oyanmazdan əvvəl hipotalamus-hipofiz-böyrəküstü vəzi sistemi aktivləşir və səhər saatlarında kortizol (stress və enerji hormonu) səviyyəsi artmağa başlayır ki, bu da yuxudan oyanmağa keçidi asanlaşdırır.
QAZİLER.AZ

