Orqanizmi "zombi hüceyrələrdən" təmizləməyin yolu tapıldı - Araşdırma

Orqanizmi "zombi hüceyrələrdən" təmizləməyin yolu tapıldı - Araşdırma backend

ABŞ-nin Albert Eynşteyn Tibb Kollecinin alimləri yaş keçdikcə orqanizmdə niyə "zombi hüceyrələrin" — yəni canlı olan, lakin normal fəaliyyətini dayandıraraq xroniki iltihaba səbəb olan strukturların toplandığını müəyyən ediblər. Məlum olub ki, əsas səbəb immun sisteminin toxumaları təmizləmək qabiliyyətinə malik olan şaperon vasitəsilə həyata keçən autofagiyanın (CMA) zəifləməsidir. Bu zəifləmə immunitetin toxumaları təmizləməsinə mane olur.

Qaziler.az xəbər verir ki, tədqiqat "Nature Aging" jurnalında dərc olunub.

CMA prosesi zədələnmiş zülalların kənarlaşdırılmasına cavabdeh olan xüsusi "şaperon" molekullarından istifadə edir. Yaşlandıqca bu mexanizmin aktivliyi aşağı düşür. Professor Ana Mariya Kuervonun rəhbərliyi altında siçanlar üzərində aparılan eksperimentlər zamanı bioloqlar aşkar ediblər ki, yaşlı heyvanlarda CMA mexanizminin pozulması təkcə "zombi hüceyrələrin" özünə deyil, həm də onları məhv etməli olan makrofaqlara — immun hüceyrələrinə də təsir edir. Təkrar emalın pozulması səbəbindən zombi hüceyrələrin daxilində toksiki maddələr toplanır. Bu maddələr kənara sızaraq qonşu sağlam hüceyrələri yoluxdurur və makrofaqları təhlükəyə qarşı "kor" edir.

Tədqiqatçılar bu problemi həll etmək üçün hüceyrənin təkrar emal mexanizminin işini stimullaşdıran və daha əvvəl hazırlanmış CA77.1 birləşməsindən istifadə ediblər. Yaşlı gəmiricilərin bu preparatı beş ay ərzində hər gün qəbul etməsi orqanlarda qüsurlu hüceyrələrin toplanmasını nəzərəçarpan dərəcədə azaltmaq, eləcə də iltihab və fibroz əlamətlərini zəiflətmək üçün kifayət edib. Bu müalicə makrofaqların zədələnmiş elementləri məhv etmək qabiliyyətini gənc heyvanlarda olan səviyyəyə qaytarıb.

Bu yeni kəşf bədənin hüceyrə qalıqlarını öz-özünə aradan qaldırmasına kömək edəcək təhlükəsiz bir terapiyanın hazırlanması üçün ümid verir.

QAZİLER.AZ