İmmuniteti gücləndirən “gizli silah” açıqlandı

İmmuniteti gücləndirən “gizli silah” açıqlandı backend

Səmimi təbəssüm və ya gülüş immun sisteminin güclənməsinə kömək edir.

Qaziler.az xəbər verir ki, bu barədə "URA.RU" agentliyinə Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNİPU) "Kimya və biotexnologiya" kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov məlumat verib.

O qeyd edib ki, insanlar nə qədər tez-tez sevinirlərsə, orqanizmə müsbət təsiri bir o qədər güclü olur.

"İnsan səmimi qəlbdən sevinəndə, gülümsəyəndə və güləndə beyin və endokrin sistem yaxşı əhval-ruhiyyə hormonları olan endorfinlər ifraz edir. Onlar immun sisteminin xüsusi elementlərini — viruslara, bakteriyalara və şişlərə hücum edən NK-hüceyrələrini (təbii qatilləri) aktivləşdirir" — deyə Litvinov izah edib.

Onun sözlərinə görə, müntəzəm gülüş və tez-tez yaxşı əhval-ruhiyyədə olmaq sayəsində orqanizm yad və dəyişilmiş hüceyrələri daha aktiv şəkildə tanıyır və məhv edir. Beləliklə, bədənin infeksiyalara və digər risklərə qarşı müqavimət göstərməsi asanlaşır.

QAZİLER.AZ / Firuzə Alimova