Rusiya Səhiyyə Nazirliyi allergiyaya qarşı yerli "Allergarda" vaksinini qeydiyyata alıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" qurumun mətbuat xidmətinə istinadən məlumat yayır.
Nazirliyin məlumatına görə, preparat tozağacı tozcuqlarına qarşı həssaslığın yaratdığı allergik rınokonyuktivitin və bununla müşayiət olunan çarpaz qida allergiyasının profilaktikası və müalicəsi üçün nəzərdə tutulub.
Bundan əvvəl məlum olmuşdu ki, tozağacı tozcuğu allergiyasına qarşı yaradılan Rusiyanın "GNR-127" vaksininin klinik sınaqları zamanı beş pasiyentdə preparatla bağlı sistemli allergik reaksiyalar meydana çıxıb. Əlavə analizlər zamanı bu reaksiyalar Ümumdünya Allergiya Təşkilatının təsnifatına əsasən, üçüncü dərəcəli anafilaksiya qrupuna aid edilib.
QAZİLER.AZ

