Qaraciyər dərmanları - XALQ TƏBABƏTİNİN İZİ İLƏ

Qaraciyər dərmanları - XALQ TƏBABƏTİNİN İZİ İLƏ backend

Xəstəliklər zamanı xalq təbabətindən istfadə etmək bəzən dərmanlardan daha effektli olur.

Elə xəstəliklər var ki, bu zaman xalq təbabətində istifadə olunan vasitələr insana kömək olur. Qaraciyər xəstəliyində hansı vasitələr kömək ola bilər?
Yovşanı yumşaq döyüb ərinmiş mum və həna yağı ilə qatıb çöldən ciyərə və çanaq sümüyünə təpitmə qoyurlar.

Qaraciyərdə zəif zancma zamanı şibyə yemək münasibdir.

Hili (4,8 qram) döyüb iskəncəbi ilə içmək soyuqdəymədən olan ağrını sakitləşdirir.
2,4 qram acı paxlanı iskəncəbi ilə yemək ciyər və dalaq yarası üçün münasibdir.
Ciyər ağrısı tempraturla olarsa xiyar suyu, balqabaq suyu, kasnı suyu və quşüzümü suyunu qatıb iskəncəbi ilə içirlər.

Bu baxımdan təsirli təpitmə səndəl, kafur və qızılgül tərkibindən ibarətdir.
Ciyər şişəndə və böyüyəndə:
Təzə südü gənəgərçək yağı və ya acı badam yağı ilə qatıb içirlər.
Quru qızılgülü qaynadır və təpitmə qoyurlar.
Çobanyastığının qaynadılmış şərbətini içmək münasibdir.
Diaspora