Valideynlərə XƏBƏRDARLIQ: Bu yaşda uşaqlara çips vermək beyni geri dönməz şəkildə zədələyir

Valideynlərə XƏBƏRDARLIQ: Bu yaşda uşaqlara çips vermək beyni geri dönməz şəkildə zədələyir backend

3–4 yaşlı uşaqlara çips verilməsi təkcə piylənməyə deyil, həm də zehni inkişaf problemlərinə və beyin funksiyalarının pozulmasına yol açır.

Qaziler.az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, Bristol Universitetinin alimləri tərəfindən aparılan araşdırma çipsin uşaq orqanizminə vurduğu ağır zərərləri üzə çıxarıb. Məlum olub ki, bu yaşda çips yemək yaddaşı zəiflədir, diqqət və yaradıcılığı pozur, həmçinin uşaqlarda öyrənmə çətinlikləri və idarəolunmaz davranışlar yaradır. Çipsin tərkibindəki doymuş yağlar uşaq beyninin normal inkişafını zədələyir.

Tədqiqatçılar bu məhsulda ən təhlükəli kimyəvi maddənin qızartma zamanı yaranan, mutagen və kanserogen xassəli akrilamid olduğunu bildiriblər. Həkimlər xüsusilə vurğulayırlar ki, erkən yaşda çips istehlakının uşaq beyninə vurduğu bu zərər geri dönüşü olmayan (daimi) xarakter daşıyır. Maraqlıdır ki, 4 yaşdan yuxarı uşaqlarda analoji araşdırma bu dərəcədə ağır nəticələr göstərməyib.

Bundan əvvəl isə alman alimləri yüksək yağ və karbohidrat tərkibli çipslərin beyindəki həzz mərkəzini aktivləşdirərək narkotik asılılığına bənzər vərdiş yaratdığını sübut etmişdilər.

QAZİLER.AZ