Bu ətlər diabet riskini artırır

Bu ətlər diabet riskini artırır backend

Qırmızı ətin yüksək miqdarda istehlakı ikinci tip şəkərli diabetin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.

Qaziler.az bildirir ki, "Zakon.kz"ın Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransına istinadən verdiyi məlumata görə, alimlər qırmızı ətin tərkibindəki Neu5Gc şəkər molekulunun bu xəstəliyə yol açdığını müəyyən ediblər. Tədqiqat çərçivəsində 89 953 yetkin şəxsin məlumatları 7 ildən çox müddətdə analiz edilib.

Nəticədə məlum olub ki, qırmızı ətdən (xüsusilə mal və qoyun əti) ən çox Neu5Gc qəbul edən insanlarda diabet riski 63% daha yüksəkdir.

İnsan orqanizmi bu molekulu müstəqil istehsal edə bilmədiyi üçün immun sistemi onu yad cisim kimi qəbul edir və xroniki iltihaba səbəb olur. Bu iltihab isə insulin hasil edən hüceyrələrə mənfi təsir göstərir. Maraqlıdır ki, ağartı məhsullarından alınan eyni molekul belə bir risk yaratmayıb.

Mütəxəssislər piylənmə faktorunun bu riskin yalnız 13%-ni izah etdiyini, əsas səbəbin isə birbaşa iltihablanma olduğunu bildirirlər.

QAZİLER.AZ