Qastroenteroloq Şota Kalandiya qaraciyərə zərər vuran və spirtli içki olmayan əsas amilləri açıqlayıb.
Qaziler.az-ın məlumatına görə, Life.ru-a müsahibəsində mütəxəssis bildirib ki, piylənmə zamanı qaraciyər hüceyrələrində piy toplana, bu isə iltihab və toxumaların çapıqlaşmasına səbəb ola bilər. Bundan əlavə, şəkərli içkilər, doymuş yağlar və trans-yağlar maddələr mübadiləsini pozaraq orqanı sıradan çıxarır.
Həkim həmçinin dərmanların və bioloji aktiv əlavələrin nəzarətsiz qəbulunun yaratdığı riskləri vurğulayıb. Bəzi antibiotiklər, ağrıkəsicilər və xüsusilə parasetamolun doza həddinin aşılması qaraciyərin ağır zədələnməsinə yol açır.
Xroniki qaraciyər xəstəlikləri zamanı hər hansı müalicə və ya pəhriz dəyişikliyindən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Qastroenteroloq vurğuladı ki, eyni aktiv tərkib hissəsi ilə bir neçə dərmanın birləşdirilməsi də həddindən artıq doza riskini artırır.
QAZİLER.AZ

