Orqanizmdə ferritin çatışmazlığı depressiya və təşviş pozuntusunun (həyəcanın) inkişafına səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “NEWS.ru” saytına bioloq İrina Lyalina məlumat verib. Onun sözlərinə görə, bu zülalın çatışmazlığı yuxu pozuntularına da yol aça bilər.
“Ferritin orqanizmdə dəmiri depolayan bir zülaldır. Onun aşağı səviyyədə olması psixi vəziyyətə birbaşa təsir göstərir. Bu çatışmazlıq klinik olaraq özünü fiziki zəifliklə deyil, məhz emosional pozuntularla büruzə verir: qıcıqlanma, yüksək təşviş, depressiv vəziyyətlər və yuxu pozuntuları. Yaxşı əhval-ruhiyyə üçün bu göstərici təxminən insanın çəkisinə bərabər olmalı, lakin 30-dan aşağı düşməməlidir”, — deyə Lyalina bildirib.
O vurğulayıb ki, dəmir "xoşbəxtlik hormonları" olan neyromediatorları sintez edən fermentlərin işində mühüm rol oynayır. Eyni zamanda, mütəxəssisin sözlərinə görə, ferritin çatışmazlığı oksigenin daşınması üçün zəruri olan dəmirin əskikliyindən xəbər verir ki, bu da beynin hipoksiyasına (oksigen çatışmazlığına) səbəb olur.
QAZİLER.AZ

