Dar şalvarların zərərləri barədə xəbərdarlıq

Dar şalvarların zərərləri barədə xəbərdarlıq backend

Dar şalvar geyinmək vulvodiniyanın (xarici cinsiyyət üzvündə xroniki ağrı) gedişatını daha da ağırlaşdıra bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Zdorovye Mail" nəşrinə ginekoloq, xroniki çanaq ağrıları və reabilitasiya şöbəsinin müdiri Anna Maron məlumat verib. O qeyd edib ki, vulvodiniya çox vaxt sinirlərin yüksək həssaslığı, çanaq və ona qonşu əzələlərin gərginliyi, iltihab və ya digər amillərlə bağlı olur.

"Dar şalvarlar öz-özlüyündə nadir hallarda vulvodiniyaya səbəb olur, lakin bu xəstəliyə meylli olan və ya artıq aralıq nahiyəsində qıcıqlanma hiss edən şəxslərdə ağrını gücləndirə bilər", — deyə Maron izah edib.

Ginekoloq vurğulayb ki, hava keçirən (nəfəs alan) parçalardan tikilmiş sərbəst geyimlərə üstünlük verməklə diskomfort ehtimalını azaltmaq mümkündür. Güclü diskomfort yarandıqda isə mütəxəssis həkimə müraciət etməyi tövsiyə edib.

QAZİLER.AZ