Cəmi bir gecə yuxusuz qalmaq orqanizmə necə təsir edir?

Cəmi bir gecə yuxusuz qalmaq orqanizmə necə təsir edir? backend

Cəmi bir yuxusuz gecə insanın beyin fəaliyyətinə və ümumi rifahına mənfi təsir göstərir.

Qaziler.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində terapevt Aleksandra Vişnyakova xəbərdarlıq edib. Bundan əlavə, yuxu çatışmazlığı emosional vəziyyəti və ürək-damar sisteminin işini sarsıda bilər.

"Yuxusuzluq diqqəti azaldır, yaddaşı və məlumatı tez emal etmək qabiliyyətini pisləşdirir. İnsanın konsentrasiya tələb edən tapşırıqları yerinə yetirməsi çətinləşir, reaksiya sürəti isə azala bilər", — deyə Vişnyakova qeyd edib.

Onun sözlərinə görə, yuxu qıtlığı səbəbindən əsəbilik, təşviş və əhval-ruhiyyənin qəfil dəyişməsi baş verə bilər. Bununla yanaşı, iştahın artması, ürək döyüntüsünün sürətlənməsi, baş ağrısı və gərginlik hissinin yaranması da istisna edilmir.

QAZİLER.AZ