Həm dekor, həm dərman: Stresdən və allergiyadan qoruyan otaq bitkiləri

Həm dekor, həm dərman: Stresdən və allergiyadan qoruyan otaq bitkiləri backend

Otaq bitkiləri sadəcə ev dekorasiyası deyil, həm də daxili məkanı təmizləyən, rifahı yaxşılaşdıran və sağlamlığı qoruyan geniş faydalı xüsusiyyətlərə malikdir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər evdə mütləq saxlanılması tövsiyə olunan beş şəfalı bitkinin siyahısını təqdim ediblər.

1. Stresə qarşı lavanda

Yüz illərdir ki, lavandadan sakitləşdirici, stres və gərginliyi aradan qaldıran vasitə kimi istifadə olunur. Yuyunmaq zamanı vannaya lavanda əlavə etməklə aromaterapiyanın rahatladıcı təsirindən faydalanmaq və ya bu bitkidən sakitləşdirici çay hazırlamaq mümkündür. Lavandanın ətri ürək döyüntülərini yavaşıdır, qan təzyiqini aşağı salır və bədəni rahatladır.

2. Havanın təmizlənməsi üçün Boston qıjısı

NASA tərəfindən aparılan araşdırmalar göstərir ki, Boston qıjısı kimi bəzi otaq bitkiləri evi təhlükəli toksinlərdən qoruya bilir. Məkanda havanı effektiv şəkildə təmizləmək üçün otağın müxtə xətləri üzrə bir-birindən məsafəli şəkildə iki-üç qıjı yerləşdirmək tövsiyə olunur.

3. Ağrı və iltihabı azaldan Aloe vera

Aloe vera iltihabı, şişkinliyi, qızartını, ağrını və qaşıntını azaldan zəngin birləşmələrə malikdir. Aloe vera yarpağını üfüqi şəkildə kəsib yaranın üzərinə qoymaq onun daha tez sağalmasına kömək edir. Zədələnmiş dəriyə çəkilən aloe geli təbii sarğı funksiyasını yerinə yetirir.

4. Mədəni sakitləşdirən nanə

Nanə çayı ürəkbulunma və toksikoz əlamətlərini aradan qaldırmaq üçün effektiv vasitə hesab olunur. Bunun üçün bir xörək qaşığı qurudulmuş nanə yarpağını bir stəkan qaynar suya əlavə edib 30 dəqiqə saxlamaq, sonra süzərək içmək lazımdır. Həmçinin bitki çayları içərkən təzə nanə yarpağından da istifadə etmək mümkündür.

5. Allergiya simptomlarını yüngülləşdirən cəfəri

Cəfəri bədəndə allergiya, səpki və ot qızdırmasına səbəb olan histamin maddəsinin ifrazını ləngidir. İki xörək qaşığı qurudulmuş cəfəri yarpağını bir stəkan qaynar suya əlavə edib 10 dəqiqə gözlədikdən sonra süzərək qəbul etmək bu simptomların qarşısını almağa kömək edir.

QAZİLER.AZ