Kompüter qarşısında gözləri xilas etməyin qeyri-adi üsulu

Kompüter qarşısında gözləri xilas etməyin qeyri-adi üsulu backend

Kompüter qarşısında işləyərkən müəyyən qaydalara əməl etmək göz yorğunluğunu əhəmiyyətli dərəcədə azaldır.

Qaziler.az bildirir ki, mütəxəssislər monitorun gözlərdən ən azı 80 sm məsafədə yerləşdirilməsini və görmə zəifliyi olduqda mütləq eynəkdən istifadə edilməsini tövsiyə edirlər. Monitor elə qoyulmalıdır ki, vaxtaşırı uzağa (5 metrdən çox) baxmaq mümkün olsun. Əgər otaqda belə bir imkan yoxdursa, monitorun arxasına güzgü yerləşdirmək effektiv həll yoludur.

Bundan əlavə, gözləri tərkibində konservant olmayan damcılarla nəmləndirmək və hər 20 dəqiqəlik işdən sonra 1-1.5 dəqiqəlik fasilə verərək göz gimnastikası etmək olduqca faydalıdır.

QAZİLER.AZ