Əgər bütün günü telefon əlinizdən düşmürsə təhlükədəsiniz

Əgər bütün günü telefon əlinizdən düşmürsə təhlükədəsiniz backend

Sosial şəbəkələrdə davamlı olmaq insanın psixi vəziyyətinə mənfi təsir göstərə bilər.

Qaziler.az bildirir ki, bu barədə psixiatr Enrike Roxas İspaniyanın “El Economista” nəşrinə müsahibəsində onlayn keçirilən vaxtın azaldılmasının vacibliyini göstərən əsas əlamətləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələr insanda informasiya yüklənməsinə səbəb olur. Böyük həcmdə daxil olan məlumat axınının öhdəsindən gələ bilməmək bəzi hallarda təşviş pozuntusundan (həyəcan) depressiyaya qədər müxtəlif psixoloji problemlərlə nəticələnir.

E.Roxas digər bir həyəcan siqnalı kimi gündəlik öhdəliklərin arxa plana keçməsini qeyd edib. Sosial şəbəkələrə həddindən artıq alüdəçilik iş, təhsil və digər mühüm fəaliyyətlərə ayrılan vaxtı oğurlayır.

Bundan əlavə, platformalar özünəinam hissinə də mənfi təsir göstərir. Psixiatr bildirib ki, bu hal xüsusilə qadınlarda özünü daha kəskin büruzə verir və ciddi emosional sarsıntılara yol açır.

Əgər belə simptomlar ortaya çıxarsa, mütəxəssis sosial media istifadəsini azaltmaq mənasını verən sözdə "rəqəmsal pəhriz"ə riayət etməyi tövsiyə edir. Bununla belə, Roxas qeyd edir ki, sosial mediadan tamamilə imtina etmək əksər insanlar üçün demək olar ki, mümkün deyil, ona görə də əsas diqqət onlayn vaxtı ağıllı şəkildə məhdudlaşdırmağa yönəlməlidir.

QAZİLER.AZ