Yeni elmi araşdırmalar göstərir ki, darçın mədə ağrılarını azaltmağa və sağlam həzm sisteminin qorunmasına kömək edə bilər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Melburn Kral Texnologiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hətta çox az miqdarda darçın mədədə karbon qazının səviyyəsini azaltmağa və bununla da həzm prosesinə kömək edə bilər. Eyni zamanda, darçının mədə divarlarını qoruduğu da müəyyənləşdirilib.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub. Laboratoriya sınaqları donuzlar üzərində aparılıb. Lakin alimlər eyni nəticələrin insanlar üçün də keçərli olacağını düşünürlər.
QAZİLER.AZ

