Ortodont diş ağrısı zamanı ağızı yaxalamağın niyə faydasız olduğunu açıqlayıb.
Stomatoloq-ortodont Yunus Axmurzayev diş ağrısı zamanı ağızı yaxalamağın niyə məsləhət görülmədiyini açıqlayıb.
Qaziler.az bildirir ki, o, sentyabrın 11-də “aif.ru”ya açıqlamasında bildirib ki, stomatoloqun köməyi olmadan diş ağrısından tam xilas olmaq mümkün deyil.
Mütəxəssisin sözlərinə görə, ağrı yarandıqda ağrıkəsici qəbul etmək olar. Bundan sonra isə stomatoloji klinikaya müraciət etmək lazımdır. Həkim müayinə aparacaq, zərurət olduqda rentgen müayinəsi keçirəcək və müalicənin sonrakı taktikasını müəyyənləşdirəcək. Dişin vəziyyətindən asılı olaraq, onu müalicə etmək və ya çıxarmaq mümkün olacaq.
Axmurzayev vurğulayıb ki, belə hallarda müxtəlif qarqaralar və məlhəmlər effektiv deyil. Bu barədə 360.ru yazıb. Əgər ağrının mənbəyi birbaşa dişdirsə, bu vasitələr nə xoşagəlməz hissləri, nə də onların yaranma səbəbini aradan qaldırmağa kömək edəcək.
QAZİLER.AZ

