Nevroloq Konrado Estol tez yuxuya gedən insanlar üçün bunun hər zaman yaxşı əlamət olmadığını bildirib.
Qaziler.az bildirir ki, onun sözlərini “El Confidencial” nəşri yayıb.
Mütəxəssisin sözlərinə görə, yuxuya çox tez getmək orqanizmdə yuxu çatışmazlığının toplandığına işarə edə bilər. Belə insanlar günün sonunda güclü yorğunluq hiss edirlər.
Estol optimal yuxuya getmə müddətinin 10–15 dəqiqə olduğunu deyib. Arabir dərhal yuxuya getmək normal sayılsa da, bu hal mütəmadi təkrarlanırsa, orqanizmin daha çox gecə istirahətinə və ya daha nizamlı yuxu rejiminə ehtiyacı ola bilər.
QAZİLER.AZ

