Artıq çəkiyə qarşı yuxu...

Artıq çəkiyə qarşı yuxu... backend

Göründüyü kimi, incə bədən quruluşunun sirri qismən də yaxşı gecə yuxusundan keçir. Məhz bu nəticələr barədə Amsterdamda artıq çəki problemlərinə həsr olunmuş konfransda alimlər məlumat veriblər.

Fransanın Dijon şəhərində yerləşən Avropa Tədqiqat Mərkəzinin alimləri xüsusilə qeyd ediblər ki, “gecəni pis yuxu ilə keçirdikdən sonra insanlar adi haldan 22 faiz daha çox qida qəbul edirlər”.

Dörd saat yatan sınaq iştirakçıları arasında aclıq hissi səkkiz saat yatanlarla müqayisədə xeyli daha güclü olub.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, yuxusuzluq qida qəbulunun artmasına səbəb olur və artıq çəkinin yaranmasına, eləcə də piylənmənin inkişafına təsir edən amillərdən biri ola bilər.

Niderlandda Maastrixt Universitetinin alimləri tərəfindən aparılan digər araşdırma isə yuxunun müddəti ilə yeniyetmələrdə çəki artımı arasında əlaqənin olduğunu göstərib. Uşaqlıq dövrü ilə müqayisədə daha az yatan yeniyetmələr, əvvəlki qədər yatanlarla müqayisədə daha sürətlə çəki alıblar.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci il üzrə məlumatlarına görə, dünyada təxminən 1,6 milyard yetkin insan artıq çəkidən əziyyət çəkirdi və onların 400 milyonu piylənmə problemi ilə qarşılaşmışdı. Məlumatlar bu ilə aid olmasa da, vəziyyətin yaxşılaşdığını söyləmək çətindir.

QAZİLER.AZ